Tanışını öldürmək istəyən şəxs məhkəmə qarşısında


22:41     07 Dekabr 2015 400009787.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını öldürməyə cəhddə təqsirləndirilən Ruslan Mikayılovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.


Femida.az-ın məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası dekabrın 14-nə təyin edilib.

Qeyd edək ki, R. Mikayılov münaqişə zəminində tanışı Məhərrəm Abdullayevi bıçaqlayaraq öldürmək istəyib. Lakin M. Abdullayev sağ qalıb. Aparılan araşdırmalar zamanı hadisənin borc pul üstündə baş verdiyi məlum olub.

R. Mikayılov Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinə əsasən ittiham edilir. O, bundan əvvəl 3 dəfə məhkumluq həyatı yaşayıb.

Açar sözlər:

Oxunub: 1131