Tanışını bıçaqlayan şəxs AZADLIQDA


17:32     15 May 2017 1427700436_mehkeme-a620x350.jpg

Bu gün tanışını bıçaqlamaqda təqsirləndirilən Rəşad Həsənov cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Rəşad Həsənov 2 il 6 ay müddətinə şərti olaraq azadlıqdan məhrum edilib və məhkəmə zalından azadlığa buraxılıb.

Hakim hökmü elan edən zaman bildirib ki, Rəşad Həsənov zərərçəkmişlə barışıb.

Hökm zamanı Rəşad Həsənovun iki azyaşlı uşağının olması da yüngülləşdirici hal kimi qiymətləndirilib.

Qeyd edək ki, hadisə bu il Yeni Suraxanı qəsəbəsində baş verib. Gədəbəy rayon sakini Rəşad Həsənov tanışı Balaxanı sakini Akif Quliyevlə mübahisə edib. Tanışlar arasında mübahisə söyüşlə nəticələnib. Bu zaman Rəşad Həsənov bıçaqla Akif Quliyevi bıçaqlayıb.

Suraxanı Polis İdarəsinin əməkdaşı tərəfindən Rəşad Həsənov həbs edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 965