Tanışını butulka ilə öldürənə 11 il HƏBS


17:48     08 Dekabr 2017 1499287953_2751ce0364ab49d904ad30048289ebigjpg.jpeg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanışının başına araq butulkası vuraraq öldürməkdə təqsirləndirilən Sərxan İsmayılova hökm oxunub.


Femida.az xəbər verir ki, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən o, 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu ilin iyul ayında Xaçmazda baş verib. Rayonda fəhlə kimi çalışan Sərxan İsmayılovla Əlihüseyn Əzizli arasında kafedə insident yaranıb.
Sərxan İsmayılov araq butulkasını Ə. Əzizlinin başına çırpıb. Ə. Əzizli aldığı zərbədən xəsarətlər alıb. O, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. 3 gün sonra isə xəstəxanada ölüb.

Sərxan İsmayılov Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərbə vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 537