Koronavirusa yoluxan xəstələrdən 343-ü reanimasiyadadır
21:47 10 İyul 2020
Azərbaycanda koronavirusla bağlı 10 iyul 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.
Femida.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
Bildirilib ki, son sutkada koronavirusa görə 7576 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 552 min 311-ə çatıb.
Reanimasiyada olan xəstə sayı 343, süni tənəffüs cihazında olan xəstə sayı 48-dir.
İndiyədək ölkədə 22 990 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 14 093 nəfər müalicə olunaraq sağalıb, 292 nəfər vəfat edib, 8 605 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Femida.az
Oxunub: 816
Oxşar xəbərlər
- Koronavirusa görə bağlanan daha bir məktəb əyani tədrisə qayıdıb
- Koronavirusa yoluxduğuna görə işə gedə bilməyən şəxslərin maaşı necə ödənilməlidir?
- Koronavirusa görə bağlanan daha üç məktəb əyani tədrisə qayıdıb
- Koronavirusa görə bağlanan daha bir məktəbdə əyani tədris bərpa olunub
- Koronavirusa görə bağlanan daha 2 məktəbdə əyani dərslər bərpa olunub
- Koronavirusa yoluxan tanınmış diktorun son durumu açıqlanıb
- Koronavirusa görə bağlanan məktəb açılıb
- Koronavirusa görə bağlanan gimnaziyada əyani tədris bərpa edilib
- Koronavirusa yoluxan sabiq icra başçısının vəziyyəti ağırlaşıb
- Koronavirusa yoluxmuş Xalq artisti evə buraxılıb