Cəlilabadda baş həkimin evi yanıb


19:05     13 İyul 2020 20_07_14_1594681591.jpg

Cəlilabad rayonunun Günəşli kənd həkim məntəqəsinin baş həkimi Cavanşir Bağırova məxsus ümumi sahəsi 120 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları 100 m² sahədə yanıb.

"Report"un Muğan bürosunun məlumatına görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 656