Nigeriyada baş verən partlayışda 7 nəfər öldü


20:37     18 İyul 2020 2020/07/1118ee82-78bb-333b-92d0-9ad6141ab323_1595090302.jpg

Nigeriyanın şimalında yerləşən Kasina ştatında partlayış baş verib.

Femida.az-ın məlumatına görə, bu barədə “Punch” nəşri yazıb.

Qeyd olunub ki, hadisə Yardaqi kəndində qeydə alınıb. Belə ki, heyvanlar üçün ot yığmağa gedən kənd sakinlərindən biri əldəqayırma bombanın üzərinə çıxıb. Nəticədə partlayış baş verib.

Bildirilib ki, yeddi nəfər hadisə yerində keçinib, daha beş nəfər müxtəlif bədən xəsarəti ilə yerli xəstəxanaya aparılıb.

Yerli bir polis nümayəndəsi faktı qəzetə təsdiqləyib.

Femida.az

Açar sözlər:

Oxunub: 673