Nigeriyada silahlıların hücumu nəticəsində 20 polis ölüb


10:28     30 Oktyabr 2021 21_10_30_1635574665.jpg

Nigeriyada silahlı dəstə üzvlərinin təhlükəsizlik qüvvələrinə hücumu nəticəsində 20 polis əməkdaşı ölüb.

Femida.az “TRTHaber”ə istinadən xəbər verir ki, hadisə ölkənin Zamfara əyalətinin Şinkafi rayonunda baş verib.

Nigeriyanın Təhlükəsizlik və Mülki Müdafiə Agentliyinin Zamfara əyaləti üzrə İdarəsinin sözçüsü Aminu Mary faktı təsdiqləyib.

Hücuma məruz qalan polislər Şinkafi rayonuna ezam edilibmişlər.

Açar sözlər:

Oxunub: 1497