Nigeriyada silahlı hücum zamanı 48 nəfər öldürülüb


09:49     09 May 2022 22_05_09_1652075377.jpg

Nigeriyanın Zamfara əyalətində kəndlərə silahlı basqın zamanı 48 nəfər həlak olub.

Bu barədə Femida.az “Haber Global”a istinadən xəbər verir.

Bakura regionunun rəsmisi Aminu Süleyman yerli mətbuata verdiyi açıqlamada motosikletli silahlı şəxslərin Zamfara vilayətinin 3 kəndə hücum etdiyini bildirib.

Süleyman qeyd edib ki, hücumlarda azı 48 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

O, hücum zamanı polis maşınının və bir çox evin yandırıldığını bildirib.

Qeyd edək ki, əyalət 5 ildir heyvandarlıqla məşğul olan fulani icmaları ilə əkinçiliklə məşğul olan bəzi tayfalar arasında şiddətli qarşıdurmalara meydandır. Yanvarın 17-də Zamfara əyalətində silahlı şəxslərin həyata keçirdikləri hücumlar nəticəsində 50-dən çox insan həyatını itirib.

Prezident Məhəmməd Buxari hücumdan sonra bölgəyə qoşun cəlb edib, Zamfara və qonşu əyalətləri uçuş üçün qadağan zona elan olunub və bölgədə mədən fəaliyyəti yasaqlanıb.

Açar sözlər:

Oxunub: 370