Azərbaycan Riqa sammitində nələrə etiraz etdi?
18:22 23 May 2015
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqı "Şərq Tərəfdaşlığı" ölkələrinin Riqa sammitində Azərbaycanla bağlı baş verənlərə aydınlıq gətirib.
Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" ölkələrinin ərazi bütövlüyünü birmənalı dəstəklədiyini xatırladan nazir sammitdə mübahisənin nədən ibarət olduğunu açıqlayıb: “Biz bildirdik ki, bizim üçün münaqişənin əsas həlli prinsipi BMT Təhlükəsizlik Şurasının qətnamələridir. Onlar isə bunu sammitin Bəyannaməsinə salmaq istəmirdilər. Biz də buna etiraz etdik. Çünki BMT Təhlükəsizlik Şurasının qətnamələri ən önəmli hüquqi sənədlərdir və münaqişə bu sənədlər əsasında həll olunmalıdır.
Bununla belə, sonda razılıq əladə olundu ki, Azərbaycan da Bəyannaməni imzalasın, ancaq xüsusi rəylə. Mayın 25-də Xarici İşlər Naziriliyi olaraq xüsusi bəyanat göndərəcəyik ki, Azərbaycan bu münaqişənin həllini necə görür. Bu bəyanatı sammitin yekun sənədinə əlavə edəcəklər, bununla da məsələ bitmiş olacaq”.
E. Məmmədyarov sammiti yarımçıq tərk etməsi barədə məlumatlara da aydınlıq gətirib: “Belə bir şey olmayıb. Bu, Ermənistan tərəfinin növbəti uydurmasıdır. Çünki mənim sammiti yarımçıq tərk etməyim üçün heç bir səbəb yox idi”./apa/
Oxunub: 682
Oxşar xəbərlər
- Azərbaycanlı iş adamından 500 minlik DƏLƏDUZLUQ
- Azərbaycanda 5541 əcnəbi tələbə təhsil alır
- Azərbaycanda rekord əməliyyat - 134 milyonluq
- Azərbaycandan Türkiyəyə gedən avtobus kül oldu
- Azərbaycan dili dünyanın çətin dillərindən biri seçildi
- Azərbaycan domenində saytların sayı artıb
- Azərbaycana nə qədər turist gəlib? - SON STATİSTİKA
- Azərbaycanda zəlzələ oldu
- Azərbaycanlı gənclərdən İrana dəstək aksiyası - Tbilisidə
- Azərbaycan əhalisinin əsas gəlir mənbəyi - Rəsmi Statistika