Tovuzda yas verən ev sahibi cərimələnib
14:48 03 Avqust 2020
Koronavirusa qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlər zamanı Tovuzda xüsusi karantin rejimi qaydalarını pozan şəxslərə qarşı inzibati tənbeh tədbirləri tətbiq edilib.
Femida.az-ın verdiyi xəbərə görə, həyata keçirilən nəzarət tədbirləri ilə rayonun Aşağı Quşçu kəndində yas mərasimi zamanı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq epidemiya əleyhinə rejimi pozan ev sahibi inzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə edilib.
Bundan başqa, şəhər arası fəaliyyət göstərən bir neçə ictimai nəqliyyat vasitəsinin sürücüləri və sərnişinləri epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimlərini pozduqlarına görə məsuliyyətə cəlb edilərək cərimə olunublar.
Tovuz rayon polis şöbəsi vətəndaşlardan Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələblərinə qeyd-şərtsiz riayət etməyi xahiş və tələb edir.
Femida.az
Oxunub: 1458
Oxşar xəbərlər
- Tovuzda ağır yol qəzası olub, ölən və xəsarət alanlar var
- Tovuzda avtomobillər toqquşub, xəsarət alan var
- Tovuzda toyda mübahisə düşüb, bıçaqlanan var
- Tovuzda gənc oğlan özünü asaraq intihar edib
- Tovuzda 54 yaşlı qadın zəhərlənib, vəziyyəti ağırdır
- Tovuzda avtomobil aşıb, xəsarət alanlar var
- Tovuzda avtomobil aşıb, xəsarət alanlar var
- Tovuzda 75 yaşlı kişinin qətli ilə bağlı cinayət işi açılıb
- Tovuzda 44 yaşlı qadın özünə bıçaq xəsarəti yetirib
- Tovuzda həmyerlisini bıçaqlayan şəxsin cəzası azaldılıb