Bankda oğurluq hadisəsi baş verdi - Siyəzəndə


16:47     10 Dekabr 2015 aaaaaaaa.jpg

Siyəzəndə başqasının bank hesabından pul oğurlayan şəxs saxlanılıb.


Femida.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 10-da Siyəzən şəhər sakini Samirə Cavadovanın Unibankdakı hesabından 365 manat çıxarılaraq oğurlanıb.

Siyəzən rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğun şəhər sakini, əvvəllər məhkum olunmuş Sərvər Mirzəyev tərəfindən törədilməsi müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Açar sözlər:

Oxunub: 1098