Bankda partlayış baş verib


14:55     13 Sentyabr 2016 e7c3f94ea24dbcf027f70ad6faad6911.jpg

Bu gecə Ukraynanın Xerson şəhərində “Pivdenniy” bankında güclü partlayış baş verib.


Femida.az -ın “112 Ukrayna” telekanalına istinadən verdiyi xəbərə görə, hadisə yerinə polis və yanğınsöndürənlər cəlb edilib.

İnsidentin başvermə səbəbləri və zərərçəkənlər barədə hələ ki, məlumat verilmir.

Xatırladaq ki, avqustun 16-da Lvovda “Privatbankın” bankomatı partladılıb, iyulda isə Xarkov vilayətində eyni adlı bankın inkassator avtomobilinə hücum olub.

Açar sözlər:

Oxunub: 868