Şabranda açıq sahədə yanğın başlayıb


16:02     16 Avqust 2020 mese_yangini_036.jpg

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şabran rayonunun Əmirxanlı kəndi yaxınlığında açıq sahədə yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib. İlkin məlumata görə, 7 ha sahədə quru ot və kol-kos yanır.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 1295