Cəlilabadda yol qəzası olub, xəsarət alan var


19:11     19 Avqust 2020 qeza_yeni.jpg

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Femida.az-ın məlumatına görə, hadisə Cəlilabad şəhərində, Mərkəzi Bazarın yaxınlığında qeydə alınıb.

Belə ki, iki minik avtomobili toqquşub. Nəticədə sərnişinlərdən biri, rayonun Çinar kənd sakini, 1990-cı il təvəllüdlü Hüseynova Gülanə Rasim qızı xəsarət alıb. Yaralı Cəlilabad rayon Müalicə Diaqnostika Mərkəzinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1396