Tovuzda həmyerlisini bıçaqlayan şəxsin cinayət işi məhkəməyə göndərildi
18:01 27 Avqust 2020
20 aprel 2020-ci il tarixdə Tovuz rayonu, Yanıqlı kənd sakini Cəlal Tağıyevə bıçaqla xəsarət yetirilməsi nəticəsində qəsdən öldürülməsinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin 29, 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) maddələri ilə Tovuz rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Bu barədə Femida.az-a Tovuz rayon Prokurorluğundan məlumat verilib.
İstintaqla Cəlal Tağıyevin oğlu Seymur Tağıyev ilə həmkəndlisi Oqtay Abdiyev arasında baş vermiş münaqişənin qarşısını alarkən sonuncu tərəfindən bıçaqlanaraq qəsdən öldürülməsinə cəhd edilməsinə əsaslı şübhələr müəyyən edilib.
Oqtay Abdiyev Cinayət Məcəlləsinin qeyd edilən maddələrlə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Oxunub: 2170
Oxşar xəbərlər
- Tovuzda ağır yol qəzası olub, ölən və xəsarət alanlar var
- Tovuzda avtomobillər toqquşub, xəsarət alan var
- Tovuzda toyda mübahisə düşüb, bıçaqlanan var
- Tovuzda gənc oğlan özünü asaraq intihar edib
- Tovuzda 54 yaşlı qadın zəhərlənib, vəziyyəti ağırdır
- Tovuzda avtomobil aşıb, xəsarət alanlar var
- Tovuzda avtomobil aşıb, xəsarət alanlar var
- Tovuzda 75 yaşlı kişinin qətli ilə bağlı cinayət işi açılıb
- Tovuzda 44 yaşlı qadın özünə bıçaq xəsarəti yetirib
- Tovuzda həmyerlisini bıçaqlayan şəxsin cəzası azaldılıb