Lənkəranda 17 yaşlı oğlan süni göldə batdı


19:23     13 Sentyabr 2020 20_09_13_1600010659.jpg


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Lənkəran şəhərinin, Darquba kəndində 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) süni göldə batması barədə məlumat daxil olub.

.Femida.az FHN-ə istinadən xəbər verir ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Lənkəran şəhərinin Darquba kəndində süni göldə batan 2003-cü il təvəllüdlü Əliyev Elşad Tofiq oğlunun axtarışları başa çatıb. E.Əliyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aidiyyəti üzrə təhvil verilib.

.Femida.az

Açar sözlər:

Oxunub: 533