Müdafiə naziri əmr etdi: "Düşmən qüvvələrini darmadağın edin"
15:20 06 Oktyabr 2020
Oktyabrın 6-da Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xüsusi xidməti müşavirə keçirilib.
Femida.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Bildirib ki, müşavirədə aparılan əks-hücum əməliyyatında hazırda mövcud olan vəziyyət təhlil olunaraq düşmən qüvvələrinin planlı, məqsədyönlü və ardıcıl darmadağın edilməsinin davam etdirilməsi tapşırılıb.
Müdafiə naziri qoşunlara azad olunmuş ərazilərdə həyati əhəmiyyətli və ilkin zəruri tədbirlərin görülməsinə göstəriş verib. Müdafiə naziri düşmən tərəfindən “İsgəndər” əməliyyat-taktiki raket komplekslərinin tətbiq olunacağı halda adekvat tədbir görüləcəyini bildirib.
Nazir Azərbaycan Ordusuna arsenalındakı yüksək dəqiqlikli və böyük dağıdıcı qüvvəyə malik silah növlərini tətbiq etməklə düşmən tərəfinin hərbi-strateji infrastrukturuna böyük zərbələr endirməyi planlaşdırmağı əmr edib.
Femida.az
Oxunub: 627
Oxşar xəbərlər
- "Qarabağ"ın oyununa 300 bileti baha qiymətə satmağa çalışan 7 nəfər saxlanılıb
- Ərdoğan Qarabağdakı son vəziyyətdən danışıb
- Ermənilər dünən Qarabağda nə qədər itki verib? - Yeni rəqəmlər
- ABŞ Qarabağla bağlı narahatlığını bildirib
- "Qarabağ" bu gün ilk yoxlama oyununu keçirəcək
- Qarabağda iki su anbarı tikiləcək
- Rusiya vətəndaşı olan qadın Qarabağda itkin düşüb
- "Qarabağ" 9-cu dəfə Azərbaycan çempionu olub
- Qarabağda daha 13 kənddə yaşayış məntəqələrinin salınmasına başlanılır
- Latviya Qarabağdakı minatəmizləmə işlərinə dəstək verəcək