Beyləqan rayon sakinində marixuana aşkar edilib


17:01     08 Oktyabr 2020 2020/10/1602158019564325394_1000x669_1602162777.jpg

Beyləqan rayon sakinində marixuana aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a bildiriblər ki, Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında rayon sakini, əvvəllər məhkum olunmuş S.Rüstəmovun Tatalılar kəndində yaşadığı evdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 457 qrama yaxın marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində təhqiqatlar davam edir.

Femida.az

Açar sözlər:

Oxunub: 780