“Bir neçə yaşayış məntəqəsi tam nəzarətimiz altındadır” - Prezident


14:46     12 Oktyabr 2020 cenab%20prezident21.jpg

“Müzəffər Azərbaycan Ordusu hər gün yeni hərbi uğurlara imza atır. Hər gün demək olar ki, hansısa şəhər və ya kənd işğaldan azad edilir, yaxud kəndlərin yerləşməsi nəzarət altına alınır”.

Femida.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində deyib.

“Bu gün deyə bilərəm ki, bir neçə yaşayış məntəqəsi hazırda bizim tam nəzarətimiz altındadır. Sadəcə olaraq yaşayış məntəqələrinə biz hələ daxil olmamışıq. Çünki, hərbi nöqteyi-nəzərdən buna ehtiyac yoxdur. Ancaq, müəyyən müddətdən sonra biz növbəti elanlar edəcəyik”, - deyə dövlət başçısı bildirib.


Femida.az

Açar sözlər:

Oxunub: 494