Son 9 ayda 15 uşaq övladlığa götürülüb
13:56 19 Oktyabr 2020
Bu ilin yanvar-sentyabr aylarında ölkəmizdə 15 uşaq (14-ü Azərbaycan vətəndaşı, 1-i əcnəbi tərəfindən) övladlığa götürülüb. Onlardan 5-i qız, 10-u oğlandır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Femida.az-a verilən məlumata görə, övladlığa götürülmüş uşaqların 6-sı 3 yaşa qədər, 4-ü 4-6 yaş, 4-ü 7-11 yaş, 1-i 12-18 yaş aralığındadır. Uşaqlardan 14-ü evli cütlüklər, 1-i tək ana tərəfindən övladlığa götürülüb.
Övladlığagötürmə üzrə idarəetmə 1 noyabr 2019-cu il tarixindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Qeyd olunan sahədə yeni idarəetmə modelinin əsas prinsiplərindən biri - uşaqların övladlığa götürüldükləri ailələrdə layiqli həyat tərzinin, fiziki-mənəvi inkişafının təmin olunmasına güclü nəzarətin həyata keçirilməsidir. Övladlığa götürülən uşaq 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə onun ailədəki vəziyyətinin öyrənilməsi üçün monitorinqlər aparılır.
Bu ilin 9 ayında da ötən dövrdə övladlığa götürülmüş 90 uşağın əyani, habelə pandemiya dövründə 1444 uşağın distant formada monitorinqi aparılıb.
Femida.az
Oxunub: 427
Oxşar xəbərlər
- Son sutkada Azərbaycanda 49 nəfər koronavirusa yoluxub
- Son sutkada daha 19 nəfər koronavirusa yoluxub
- Son 10 gündə Rusiya və Ukrayna arasında 210 hərbçi meyitlərinin mübadiləsi aparılıb
- Son 18 ildə Azərbaycanda əfv edilən şəxslərin sayı açıqlanıb
- Son iki gündə 3 yol qəzası baş verib, iki nəfər ölüb
- Son iki gündə yol qəzalarında 6 nəfər ölüb
- Son 2 ayda Azərbaycanda yol qəzalarında 126 nəfər ölüb
- Son 1 ayda Bakıda cinayət törədən 75 nəfər saxlanılıb
- Son 20 gündə Azərbaycanda narkotikə görə 38 nəfər həbs edilib
- Son 2 ildə Azərbaycanda psixi pozuntusu olan şəxslər 14 qətl hadisəsi törədib - RƏSMİ