"Onlar robot kimidirlər, qorxmadığımızı deməyəcəm" - Ön cəbhədən qayıdan erməni hərbçi


14:14     21 Oktyabr 2020 20_10_21_1603276095.jpg


Stepanakertdəki hərbi qəbiristanlıqda buldozerlər dağ yamacını qazıblar. Orada yamac boyu iki sıra təzə qazılmış düzbucaqlı çuxurlar var. Çox güman ki, bu çüxurlar ölən əsgərlərin meyitləri ilə dolacaq.

Femida.az xəbər verir ki, bu barədə "New York Times" nəşrinin Xankəndinə ezam olunmuş müxbiri Anton Troianovski hazırladığı məqalədə qeyd edib. O bildirib ki, Ermənistanın məhdud hava hücumundən müdafiə qüvvəsi Azərbaycanın pilotsuz təyyarələrini dayandıra bilmir:

"Silahı tükənməkdə olan Ermənistan bütün canlı qüvvəsini, könüllüləri döyüşə göndərir. Onlardan bəziləri hətta 1990-cı illər müharibəsi veteranlarıdır. Məsələn, keçmiş xüsusi təyinatlı polkovnik Artur Aleksanyan indi şimaldakı səngərlərdə bir könüllü bölüyünə rəhbərlik etdiyini və Azərbaycanın irəliləməsini dayandırmaq üçün mübarizə apardığını söyləyir. Aleksanyan, sonuncu dəfə silah istifadə etməsindən 15 il keçdiyini deyir. Gündə səkkiz dəfə dəyişdirməli olduğu qarnı ətrafındakı sarğıları göstərmək üçün formasını qaldırır.

Aleksanyan bildirir ki, bu münaqişə 1990-cı illərdəki kimi deyil: "O vaxtı Kalaşnikov avtomatı əsas silah idi. 15 gündür səngərlərdəyəm, hər 20 dəqiqədən bir gələn top atışlarından gizlənməyə çalışrıq. Azərbaycan pilotsuz təyyarələrdən istifadə edərək, sistematik şəkildə erməni tanklarını və digər texnikalarını məhv edir. Onlar o qədər sürətlidirlər ki, onları vura bilmirik. Qorxmadığımızı söyləməyəcəyəm, hamımız qorxuruq".

Ön cəbhədə döyüşən Tiqran Saakyan isə Azərbaycan əsgərlərindən qorxusunu belə ifadə edib: "Birini öldürsən, qaçmırlar. Daha sonra ikincisini, üçüncüsünü öldürürsən, amma gəlməyə davam edirlər, robot kimidirlər”.



Amin Nəzərli

Açar sözlər: #Qarabağ   #erməni   #ordu  

Oxunub: 856