Zəngilanda Şərq çinarları əkilib
12:03 18 Noyabr 2020
İşğaldan azad olunmuş Zəngilan rayonunun ərazisində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, rayonda xidməti vəzifələrinin icrasına başlayan Daxili İşlər, Müdafiə Nazirlikləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının iştirakı ilə Şərq çinarları əkilib.
Bu barədə Femida.az-a nazirliyin mətbuat katibi İradə İbrahimova məlumat verib.
O bildirib ki, payız ağac əkini mövsümündə Azərbaycanın bütün bölgələrində olduğu kimi işğaldan azad olunmuş ərazilərimizdə də müxtəlif cinsli ağaclar, əsasən də Şərq çinarları əkilir: "Ötən həftə Füzuli rayonunun işğaldan azad olunmuş Qarğabazar kəndinin ərazisində də Şərq çinarları əkilib və palıd toxumları səpilib”.
Femida.az
Oxunub: 453
Oxşar xəbərlər
- Zəngilanda 1 tondan çox çətənə məhv edilib
- Zəngilanda alternativ enerjinin istehsalı üçün süni göl yaradılır
- Zəngilanda ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb
- Zəngilanda zəlzələ olub
- Zəngilanda silah-sursat aşkar edilib
- Zəngilanda “Dost Aqropark”ın təməli qoyulub- YENİLƏNİB(FOTOLAR)
- Zəngilanda Ərdoğanın qarşılanma mərasimi keçirilib - VİDEO
- Zəngilanda “Dost Aqropark”ın təməli qoyulub
- Zəngilanda yaradılan “ağıllı kənd”in hazır olacağı tarix açıqlanıb
- Zəngilanda narkotik tərkibli bitkilər aşkar edilib