Köməksiz qalan şəxs xilas edildi


21:12     25 Noyabr 2020 2020/11/294CEB15-038C-41F0-ACAA-4BC699AD15CB_1606324421.jpeg

Mingəçevir şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Femida.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Çağırış ünvanına cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Femida.az

Açar sözlər:

Oxunub: 389