Köməksiz qalan azyaşlılar xilas edildi


17:23     08 Fevral 2021 2021/02/fhn-1-1612789551_1612790646.jpg


Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Mingəçevir şəhərində 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Femida.az FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Həmçinin, Naftalan şəhərində bağlı qapı arxasında köməksiz vəziyyətdə qalan 1 nəfər azyaşlı xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 373