Köməksiz qalan azyaşlı belə xilas edildi - VİDEO


20:45     19 Mart 2021 21_03_19_1616172341.jpg


Sabunçu rayonunda azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Bu barədə Femida.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, bununla bağlı Nazirliyin "112" qaynar telefon xəttinə məlumat daxil olub. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Həmin görüntüləri təqdim edirik:



Femida.az

Açar sözlər:

Oxunub: 421