Ağcabədi polisi evdən çıxan 3 koronavirus xəstəsini saxladı
10:32 28 Noyabr 2020

Ağcabədidə daha 3 COVİD-19 xəstəsi barədə qanunamüvafiq tədbirlər görülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində COVİD-19 xəstələri kimi qeydiyyatda olan rayon sakinləri - E. Vəlili, F. Bəşirov və F. Məmmədovun yaşadıqları evləri tərk edərək karantin qaydalarını kobud şəkildə pozduqları müəyyən edilib.
Həmin şəxslər müəyyən edildikləri ərazidən polis əməkdaşlarının müşayiəti ilə müalicə aldıqları ünvanlara aparılıblar.
Ağcabədi RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
Femida.az
Oxunub: 348
Oxşar xəbərlər
- Ağcabədi və Yevlax sakinlərindən narkotik götürüldü
- Ağcabədidə vaqon tipli ev yanıb
- Ağcabədidə avtomobilin vurduğu piyada xəstəxanada öldü
- Dövlət Komitəsi Ağcabədi, Füzuli və Tərtərdə yeni layihəyə start verdi
- Ağcabədidə qanunsuz istehsal sahələri aşkarlanıb
- Ağcabədi xəstəxanasının direktoru həbs edildi
- Ağcabədidə koronavirus xəstələrinə cinayət işi başlanılıb
- Ağcabədidə intihara cəhdin qarşısı alınıb
- Ağcabədiyə atılan “Smerç” raketinin döyüş başlığı aşkarlanıb
- Tərtər və Ağcabədi atəşə tutulur