Koronavirusa yoluxanların sayı 68 milyona çatır


09:34     08 Dekabr 2020 2020/03/1584391213_5e6f4b6a0b9e4_korona_isti_1584866256.jpg


Dünyada yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı 67 milyon 938 min 995 nəfərə çatıb.

Pandemiya qurbanlarının sayı 1 milyon 550 min 263 nəfərdir. İndiyədək 47 milyon 23 min 575 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ötən sutka ərzində 549 946 nəfər koronavirusa yoluxub, 8768 pasiyent dünyasını dəyişib.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 216 ölkədə qeydə alınıb.

Femida.az

Açar sözlər:

Oxunub: 330