Ələ keçirilən ermənilərin hərbi texnikaları Zəfər paradında
14:58 10 Dekabr 2020
Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi Zəfər paradında nümayiş olunub.
Femida.az xəbər verir ki, Vətən müharibəsində məhv edilmiş və qənimət götürülmüş düşmən texnikaları aşağıdakılardır:
Məhv edilmiş Ermənistan ordusunun texnikaları:
Tank əleyhinə vasitələr - 53 dənə, “Smerç” - dörd dənə, “Qrad” - 97 dənə, “Uraqan” - 2, “YARS” - 1, TOS odsaçan - 1, “S-300” zenit-raket kompleksləri - 7 atıcı qurğusu məhv edildi. İndi əgər təkcə bunun qiymətini hesablasalar, görərlər ki, biz Ermənistan ordusuna nə qədər böyük zərbə vurduq. Beləliklə, 7 atıcı qurğu, bir “S-300” radiolokatoru və iki “S-300” aşkaretmə stansiyası məhv edildi. “Oborona” radiolokasiya stansiyası - 1 dənə, “TOR” zenit-raket kompleksi - 5 dənə, “Osa” zenit-raket kompleksi - 40 dənə, “KUB” zenit-raket kompleksi - 4 dənə, “KRUQ” zenit-raket kompleksi - 1 dənə, zastava - 14 dənə, “S-125” zenit-raket kompleksi - 2 dənə, pilotsuz uçuş aparatları - 22 dənə, “Elbrus” əməliyyat-taktiki raket kompleksi - 2, ballistik raket - 1, “Toçka-U” raket kompleksi - 1, radioelektron mübarizə vasitələri - 5 dənə, “R-142” komanda qərargah maşını - 2 dənə, “Nebo-M” radiolokasiya stansiyası - 1 dənə, müxtəlif radiolokasiya stansiyaları - 7 dənə, “Reppelent” radio-texniki maneə vasitəsi - 4 dənə.
Düşmənin məhv edilmiş və qənimət götürülmüş texnikaları:
Özüyeriyən artilleriya qurğuları “Akasiya” və “Qvozdika” – 28-i məhv edilib, 5-i qənimət götürülüb. Müxtəlif çaplı toplar – 315-i məhv edilib, 37-si hərbi qənimət kimi götürülüb. Minaatanlar – 63-ü məhv edilib, 62-si qənimət götürülüb. Xüsusi avtomobillər – 10-u məhv edilib, 93-ü qənimət götürülüb. Qumbaraatan – 178-i qənimət götürülüb. Traktor – 10, “Şilka” zenit qurğusu – 5 ədəd qənimət götürülüb. Atıcı silahlar – 1380 atıcı silah qənimət götürülüb. 7 komanda məntəqəsi, 11 sursat anbarı dağıdılıb. Tank – 287-si məhv edilib, 79-u qənimət götürülüb, toplam 366 tank. Siyahı davam edir. Piyadaların döyüş maşını – 69-u məhv edilib, 47-si qənimət götürülüb. “Su-25” təyyarəsi – 5-i məhv edilib. Yük avtomobilləri – 252-si məhv edilib, 270-i hərbi qənimət kimi götürülüb.
Paradda düşməndən qənimət kimi götürülən texnikaların bir qismi Zəfər paradında nümayiş olunur.
Onların bir hissəsi istifadəyə yararlı texnikalardır.
Femida.az
Oxunub: 787
Oxşar xəbərlər
- ABŞ-da paradda atışmada ölənlərin sayı 7 nəfərə çatıb
- Kreml: "Putin hərbi parada heç bir dövlət liderini dəvət etməyib"
- “Associated Press” Zəfər paradından yazdı
- Bəzi deputatlar Zəfər paradına buraxılmayıb
- Zəfər paradından VİDEO və FOTOLAR
- Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçuları ilk dəfə paradda keçid edib
- Qazilər paradda keçid edib
- Zəfər paradında “İtiqovan”, “Bayraktar” və “Harop” PUA-ları nümayiş olunub
- Lələtəpəyə sancılan bayraq paradda nümayiş etdirildi
- Düşməndən götürülən avtomobil nömrələrindən ibarət lövhə paradda nümayiş etdirilib