Dünən 32 koronavirus xəstəsinə cinayət işi başlanılıb


11:20     16 Dekabr 2020 20_12_16_1608102646.jpg


COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir.


Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Dekabrın 15-də polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublika ərazisində ictimai yerlərdə yaşayış yerlərini tərk edən 49 aktiv COVID-19 xəstəsi müəyyən olunaraq saxlanılıb və tibbi qaydalar gözlənilməklə yaşadıqları evə qaytarılıblar.

Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə 32 nəfər barəsində cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 468