Dünən Azərbaycanda 44 yanğın olub - Evdə qalan 5 nəfər isə...


13:24     19 Mart 2021 femida%20yangin.jpg

Martın 18-də 6 halda köməksiz vəziyyətdə qalma faktı və 1 halda intihara cəhd üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.


FHN-dən Femida.az-a verilən məlumata görə, ötən sutka ərzində 44 yanğın müraciətinə çıxış həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi və insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 1 nəfərin intihara cəhdinin qarşısı alınıb, köməksiz vəziyyətdə qalmış 5 nəfər xilas edilib, 1 nəfərin isə meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.​

Açar sözlər:

Oxunub: 324