Dostunu yediyinə görə 1 milyon TƏZMİNAT


18:10     18 Dekabr 2015 567248c61f0000dd00e9c033.jpeg

Meksikada dəniz səyahətinə çıxan iki gənc dostdan biri 15 ay sonra tapılıb. O dostunun ətini yeməkdə ittiham olunur. Ailə isə bunun qarşılığında 1 milyon dollar təzminat tələb edir.


Femida.az-ın xarici mətbuata istinadən verdiyi xəbəriə görə, 36 yaşlı Xose Salvador Alvarenq 2012-ci ildə dostu 22 yaşlı Esekul Kordoba ilə dəniz gəzintisinə çıxıb. Hətta Esekul ikigünlük gəzinti üçün öncədən 50 dollar da ödəyib. Lakin onlar dənizdə güclü fırtına ilə üzləşiblər. Bundan sonra hər iki dostdan xəbər almaq mümkün olmayıb. 15 ay sonra isə Salvador Alvarenq Marşal adalarının sahilinə çıxmağı bacarıb. Dənizdə 438 gün keçirən Salvador qəhrəman kimi evlərinə dönsə də, nəticə gözlədiyi kimi olmayıb .





Buna səbəb onunla birlikdə dənizdə itkin düşən Esekul Kordobanın ailəsinin ona qarşı irəli sürdüyü ittiham olub. Kordobun ailəsi övladlarının cəsədini görmədiyi üçün Salvadorun onu yediyini iddia edib.

Lakin Salavdorun vəkili deyib ki, Kordobanın ailəsi və yaxınları bu ittihamları əsaslandıra bilmir. Onlar bunula Salvadordan pul qopartmaq istəyir.





Salvador isə dostunun aclıqdan öldüyünü bildirib və deyib ki, bir həftədən sonra onu dənizə atdıb. O bildirib ki, itkin düşdüyü müddətdə çiy balıq, tısbağa və quş ovlayaraq qidalanıb, qan və öz sidiyini içib. Daha sonra okean sahillərində bir adaya sığınıb.

Hazırda Esekuel Kordobanın ailəsi 1 milyon dollar təzminat tələb ilə məhkəməyə müraciət edib.

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 3906