Gömrükçülər külli miqdarda bəyan edilməyən mallar aşkarlayıb


16:56     21 Dekabr 2020 20_12_21_1608557027.jpg


Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda ətirlərin və ətir yağlarının gömrük nəzarətinə bəyan etmədən keçirilmə cəhdinin qarşısını alıblar.


Bu barədə Femida.az-a DGK-dan məlumat verilib.

Belə ki, İdarənin Əməliyyat və təhqiqat şöbəsinə daxil olmuş məlumata əsasən Xaçmaz dəmir yolu stansiyasında Rusiya Federasiyasına gedən qatara gömrük baxışı keçirilib. Qatarın vaqonlarının birində 76 ədəd karton qutularda olan alma yükünün içərisindən gömrük nəzarətindən gizlədilən müxtəlif markalı 236 ədəd ətir, 73 ədəd ətir yaği, eləcə də külli miqdarda ətir qabları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 722