İraqda 34 İŞİD üzvü öldürüldü


03:02     19 Dekabr 2015 1450452978.jpg

İraqın müxtəlif vilayətlərində həyata keçirilən hərbi əməliyatlarda İŞİD-in 34 üzvü öldürülüb, 11-i isə yaralanıb.


Femida.az xəbər verir ki, bu barədə Ənbar vilayətində keçirilən hərbi əməliyyatlara başçılıq edən İsmail Mihlavi adlı komandan deyib.

“Koalisiya qüvvələrinin Rəmadi şəhərinə təşkil etdiyi hərbi əməliyyatlar nəticəsində 7 terrorçu öldürülüb, 11-i isə yaralanıb. Şəhərin şimalındakı Buşaban bölgəsində isə həyata keçirilən əməliyyatlarda 17 terrorçu öldürülüb. Busə bölgəsində də 4 terrorçu məhv edilib”, - Mihlavi əlavə edib.

Açar sözlər:

Oxunub: 1152