Ərdoğanla Obama telefonda nə danışıb?


19:40     19 Dekabr 2015 erdobama_1448449620.jpg

ABŞ prezidenti Barak Obama Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğana zəng edib. Femida.az-ın Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, iki prezidentin əsas müzakirə mövzusu İraqdakı türk əsgərləri və Suriya məsələsi olub.


Məlumata görə, Obama Ərdoğandan İraqdakı əsgərlərini çıxarmasını istəyib.

Ağ evdən verilən açıqlamada qeyd edilir ki, Obama İraq böhranının həll edilməsi üçün Türkiyənin addım atmasını istəyib.


Türkiyə tərəfindən verilən rəsmi məlumata görə, ABŞ dövlət başçısının tələblərinə cavab olaraq Ərdoğan İraqın ərazi bütövlüyünə hörmət etdiyini qeyd edib. "Türk əsgərlərinin İraqda olmaq məqsədinin isə İŞİD-lə mübarizə olduğu bir daha vurğulanıb. İki lider böhranın həlli üçün yeni diplomatik təmaslar və İŞİD terrorçularına qarşı mübarizə barədə müzakirələr aparıblar. Obama İŞİD-lə mübarizədə Türkiyənin köməyinə diqqət çəkib".

Türk əsgərləri 2,5 ildir ki, Mosuldadırlar. Dekabr ayında isə Türkiyənin İraqa əlavə qoşun yeritməsi ciddi narazılığa səbəb olub. İraq dövlət başçısı türk əsgərlərinin çəkilməsi üçün 48 saat vaxt qoymuşdu. Haydar İbadi əks təqdirdə BMT Təhlükəsizlik Şurasına müraciət edəcəyini açıqlamışdı.
Dekabrın 14-də türk əsgərlərinin bir hissəsi adıçəkilən şəhərdəki hərbi düşərgədən çıxarılıb. Mosuldakı Başika düşərgəsindəki hərbçilərin bir hissəsi şimala doğru hərəkət edir.

Açar sözlər:

Oxunub: 1255