Türkiyədə COVID-19-dan 197 nəfər ölüb


21:12     04 Yanvar 2021 21_01_04_1609779205.jpg

Türkiyədə son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 197 nəfər ölüb.


Femida.az -ın xəbərinə görə, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda simptomları da müəyyən edilməyənlərlə birlikdə 13 695 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.

Bu gün sağalan xəstə sayı 9 896 ağır xəstə sayı isə 3 522 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları da müəyyən edilməyən 2 255 607 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 146 430 nəfər sağalıb, 21 685 nəfər isə ölüb.

Açar sözlər:

Oxunub: 433