Koronavirusa yoluxanların sayı yarım milyonu ötdü


09:10     31 Yanvar 2021 2020/01/koronovirus2_1580468432.jpg

Dünyada son sutka ərzində 500 985 koronavirusa yoluxma hadisəsi qeydə alınıb.

Femida.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib.

Qeyd edilib ki, son 24 saatda 13 915 nəfər yeni növ virusun qurbanı olub.

Düya üzrə ümumilikdə isə 101 561 219 koronavirusa yoluxub, 2 196 944 nəfər isə bu xəstəlikdən dünyasını dəyişib.

Son 24 saat ərzində yoluxmanın 50 faizdən çoxu Şimali və Cənubi Amerikanın (287 160), payına düşür. Digər yerləri isə Avropa (133 022) və Cənub-Şərqi Asiya (29 768) bölüşür.

Açar sözlər:

Oxunub: 592