Biləsuvar sakini Bakıda bıçaqlanıb


10:20     09 Fevral 2021 bicaq_787.jpg

Bakının Səbail rayonunda 31 yaşlı kişi bıçaqlanıb.


Femida.az xəbər verir ki, hadisə Arif İsmayılov küçəsində yerləşən parkda baş verib.

Biləsuvar sakini, 1990-cı il təvəllüdlü Məmmədov Mais Şöhlət oğlu parkda gəzərkən iki nəfərin hücumuna məruz qalıb. Nəticədə onun sağrı nahiyəsinə iki bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib. Yaralı cərrahi əməliyyat olunub.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsində araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 388