Bu Nazirliyə bir ayda 547 müraciət daxil olub
10:18 12 Fevral 2021
Yanvar ayı ərzində istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı bilavasitə Enerji Məsələlərini Tənzimləmə Agentliyinə və Energetika Nazirliyə 547 müraciət daxil olub.
Bu barədə Femida.az-a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, müraciətlərin 313-ü elektrik enerjisi təchizatı, 149-u təbii qaz təchizatı, 3-ü istilik təchizatı və 82-i isə digər məsələlərlə bağlı olub.
Daxil olan 547 müraciətdən 205 müraciət Agentlik tərəfindən araşdırılaraq cavablandırılıb. 1 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib.
Həmçinin 2 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub, 294 müraciət hazırda baxılma prosesindədir və 36 müraciət məlumat xarakterli olub.
Əlavə edək ki, 12 müraciət qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.
Nazirliyin açıqlamasına görə, yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerjitəchizat sxemini dəyişən 7 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına istismara buraxılış aktı verilib. Müxtəlif tikinti obyektlərinin elektrik qurğularının 17 layihə sənədi ekspertizadan keçirilərək razılaşdırılıb. Aşkar olunmuş çatışmazlıq səbəbindən elektrik qurğularına aid 4 layihə sənədinin razılaşdırılmasından imtina olunub.
Həmçinin 81 razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazə verilib.
Qaz təchizatı üçün layihə sənədləri ekspertiza olunmuş və razılaşdırılmış tikinti obyektlərinin sayı 313 olub. Aşkar olunmuş çatışmazlıq səbəbindən qaz qurğularına aid 6 layihə sənədinin razılaşdırılmasından imtina olunub. Agentlik tərəfindən 3 inzibati xəta haqqında protokol tərtib edilib, 2 işə baxılıb və qərar verilib.
“Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələrinin iştirakı ilə 4 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib.
Femida.az
Oxunub: 448
Oxşar xəbərlər
- Energetika naziri Qubada vətəndaşları qəbul edəcək
- Energetika naziri Qəbələdə vətəndaşları qəbul edəcək
- Prezident İlham Əliyev Avropa İttifaqının energetika məsələləri üzrə komissarını qəbul edib
- Azərbaycanla Koreya arasında enerji əməkdaşlığı müzakirə edilib
- Nazir Ermənistanın enerji layihələrinə qoşulmasının şərtini açıqladı
- “Qaz və neft çox hələ çox istifadə olunacaq” - Energetika naziri
- Energetika naziri: “Qarabağda “yaşıl enerji”yə dair konsepsiya demək olar, hazırdır”
- Energetika naziri ADB-nin ölkə üzrə direktorunu qəbul edib
- Energetika naziri İvana Duarteni qəbul edib
- Energetika Nazirliyi ötən il büdcə vəsaitlərinə 6 % qənaət edib