Energetika naziri: “Qarabağda “yaşıl enerji”yə dair konsepsiya demək olar, hazırdır”
10:24 05 Noyabr 2021
“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının tətbiqi üzrə konsepsiya demək olar ki, hazırdır”.
Femida.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov deyib. Onun sözlərinə görə, sənəd hazırda hökumətdə razılaşdırma mərhələsindədir:
"Bildiyiniz kimi, Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını “yaşıl enerji” zonaları elan edib. Bununla bağlı dövlət başçısının Energetika Nazirliyinə tapşırığı olub. Həmin konsepsiya imkan verəcək ki, biz bölgədə elektrik enerjisi istehsalını bərpa olunan enerji mənbələri hesabına həyata keçirək, eyni zamanda, istehlakçılarla bağlı da yüksək texnologiyalar, “yaşıl texnologiyalar” tətbiq edək".
Femida.az
Oxunub: 625
Oxşar xəbərlər
- "Qarabağ"ın oyununa 300 bileti baha qiymətə satmağa çalışan 7 nəfər saxlanılıb
- Ərdoğan Qarabağdakı son vəziyyətdən danışıb
- Ermənilər dünən Qarabağda nə qədər itki verib? - Yeni rəqəmlər
- ABŞ Qarabağla bağlı narahatlığını bildirib
- "Qarabağ" bu gün ilk yoxlama oyununu keçirəcək
- Qarabağda iki su anbarı tikiləcək
- Rusiya vətəndaşı olan qadın Qarabağda itkin düşüb
- "Qarabağ" 9-cu dəfə Azərbaycan çempionu olub
- Qarabağda daha 13 kənddə yaşayış məntəqələrinin salınmasına başlanılır
- Latviya Qarabağdakı minatəmizləmə işlərinə dəstək verəcək