Ərdoğan İrana qarşı sanksiyaları ləğv etməyə çağırıb


09:11     05 Mart 2021 21_03_04_1614883417.jpg

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrana qarşı birtərəfli qaydada tətbiq edilmiş sanksiyaları ləğv etməyə çağırıb.

Femida.az -ın xəbərinə görə, bu barədə Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) bu gün videokonfrans formatında keçirilən Zirvə toplantısında bildirib.

Türkiyə Prezidenti qeyd edib ki, birtərəfli sanksiyaların götürülməsi regionda stabilliyin təmin olunmasına və iqtisadi çiçəklənməyə imkan verəcək.

Ərdoğan nüvə razılaşmasına da yenidən baxılmasına çağırıb.

Açar sözlər:

Oxunub: 343