İlk növbədə bu məcburi köçkünlər torpaqlarına qaytarılacaq
11:18 06 Mart 2021
“Biz Böyük Qayıdış proqramı icra olunmağa başlayanda məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılması prosesinə də start verəcəyik”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının ötən gün keçirilən VII qurultayındakı çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, burada da Yeni Azərbaycan Partiyasının üzvləri, fəallar ön planda olmalı, öz rolunu oynamalıdılar: “Çünki bu proses müəyyən zaman kəsiyində baş verəcək. Biz bir gündə, yaxud da ki, bir il, ya iki ildə dağılmış bütün şəhər və kəndlərimizi bərpa edə bilmərik. Ona görə burada ardıcıllıq, əlbəttə ki, gözləniləcək.
Bu ardıcıllıqla bağlı, əlbəttə, hesab edirəm ki, ilk növbədə, ən ağır vəziyyətdə yaşayan məcburi köçkünlərə üstünlük verilməlidir. Çünki 300 mindən çox məcburi köçkün dövlət tərəfindən evlərlə, mənzillərlə təmin edilib, onların məişət şəraiti yaxşıdır. Ancaq hələ də uşaq bağçalarında, yataqxanalarda və digər yararsız, yəni uyğunlaşdırılmış binalarda köçkünlər yaşayır və burada da sosial ədalətin gözlənilməsi üçün Yeni Azərbaycan Partiyasının fəalları öz rolunu oynamalıdırlar”.
Femida.az
Oxunub: 358
Oxşar xəbərlər
- İlkin Süleymanovun məhkəməsində onun daha bir təcridxana yoldaşı ifadə verib
- İlkin Süleymanovun məhkəməsində növbəti şahidlər ifadə verib
- İlkin Süleymanovun əmisi oğlu, keçmiş polis əməkdaşı məhkəmədə dindirilib
- İlkin Süleymanovun əmisi oğlu məhkəmədə ifadə verib
- İlkin Süleymanovun məhkəmə prossesi təxirə salınıb
- İlkin Süleymanovun məhkəməsi təxirə salınıb
- İlkin Süleymanovun məhkəməsində Nərmin Quliyevanın əmisi ifadə verib
- İlk dəfə ağır cinayət törədən şəxslər də amnistiyaya düşəcək
- İlk dərslər Xocalı soyqırımının ildönümünə həsr olunacaq
- İlkin Süleymanov 3 dil bilib, heç vaxt evlənməyib, Nərminin atasının sinif yoldaşı olub - İstintaq materialından DETALLAR