Şabranda ev yanıb, 3 nəfər xəsarət alıb


17:04     10 Mart 2021 yangin_38673636.jpg

Şabran rayonunun Şahnəzərli kəndində ümumi sahəsi 200 m² olan ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 185 m² sahədə yanıb.

Femida.az FHN-in saytına istinadən xəbər verir ki, yanğın zamanı 3 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 368