Lənkəranda avtomobil ağaca çarpılıb, sürücü yaralanıb


21:27     16 Mart 2021 21_03_16_1615912394.jpg

Lənkəran rayonunda yol qəzası baş verib.

"Report"un Cənub Mərkəzinin məlumatına görə, hadisə Qumbaşı kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1982-ci il təvəllüdlü Şahin Füzuli oğlu Hüseynovun idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və ağaca çarpılıb. Nəticədə Ş.Hüseynov ağır bədən xəsarətləri alıb. Yaralıya travmatik şok diaqnozu qoyulub və Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 449