Masazırda birmərtəbəli ev yanıb


09:05     20 Mart 2021 21_03_20_1616216765.jpg

Abşeron rayonunda yanğın hadisəsi baş verib.

Bu barədə Femida.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonunun Masazır qəsəbəsində ümumi sahəsi 50 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 364