Masazırda avtomobillə vurulan piyadanın ayağı sınıb


12:12     30 Aprel 2022 22_04_30_1651304353.jpg

Abşeron rayonunda 55 yaşlı kişini avtomobil vurub.

Hadisə Masazır qəsəbəsində qeydə alınıb.

Belə ki, 1967-ci il təvəllüdlü Quliyev Fikrət Şükür oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ baldır sümüyünün sınığı diaqnozu qoyulub.

Fakt araşdırılır.

Açar sözlər:

Oxunub: 388