Qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücü cərimələndi
15:59 28 Mart 2021
Nazirlər Kabinetinin bayram günlərində ictimai nəqliyyatın fəaliyyətinin tənzimlənməsinə dair qəbul etdiyi qərara əsasən, martın 20-si saat 00:00-dan martın 29-u saat 06:00-dək Azərbaycan Respublikasının ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılıb.
DİN Mətbuat xidmətinin Lənkəran regional qrupundan Femida.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən bu istiqamətdə həyata keçirilən nəzarət-profilaktiki tədbirlər nəticəsində Lənkərandan Astaraya qanunsuz olaraq sərnişin daşıyan mikroavtobus sürücüsü saxlanılıb.
Lənkəran rayon sakini S.Xudiyevin karantin rejimi qaydalarını pozaraq idarə etdiyi "Mercedes Benz" markalı mikroavtobusla qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olduğu müəyyən edilib. Onun idarə etdiyi nəqliyyat vasitəsi Astara Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılarkən orada 15 sərnişinin olduğu müəyyən edilib. Həmin sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib edilib.
Oxunub: 328
Oxşar xəbərlər
- İsmayıllı və Tovuzda qanunsuz ağac kəsilməsi aşkarlanıb
- MN: "Azərbaycan Ordusu qanunsuz erməni silahlı birləşmələrini atəşə tutmayıb"
- Mingəçevirdə qanunsuz qum-çınqıl hasilatı işləri aparan şəxsin cinayət işi məhkəməyə göndərilib
- İmişli, Zaqatala və Yardımlıda ağacların qanunsuz kəsilməsinə görə cinayət işi açılıb
- Ermənistanda polis qanunsuzluqdan şikayət edən çinli qadına təcavüz edib
- Azərbaycanda qanunsuz ağackəsmə ilə bağlı cinayət işi başlanılıb
- Bakıda ağacları qanunsuz kəsən tikinti şirkəti 35 min manat cərimələnib
- "Azəriqaz” 420 obyektdə qanunsuzluqlar aşkar edib
- Xocavənddə qanunsuz olaraq müxtəlif əşyalar toplayan şəxs həbs edilib
- DİN: "Bakıda qanunsuz aksiyaya cəhdlərin qarşısı alınacaq"