Sabunçu rayonunda gənc qadın yol qəzasında xəsarət aldı


09:21     02 Aprel 2021 21_04_01_1617302572.jpg

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -IN məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Kürdəxanı qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində 1998-ci il təvəllüdlü Alışanova Sevda Qurban qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Ona sağ çiynin əziyi diaqnozu qoyulub.

Açar sözlər:

Oxunub: 383