Ukraynada koronavirusla bağlı məhdudiyyətlər sərtləşir
09:30 05 Aprel 2021
Ukrayna paytaxtı Kiyevdə bu gündən daha sərt karantin məhdudiyyətləri qüvvəyə minib.
Femida.az-ın TASS-a istinadən verdiyi məlumata görə, meriyanın qərarına əsasən, Kiyevdəki bütün məktəblər və uşaq bağçaları aprelin 5-dən etibarən bağlanır və ictimai nəqliyyatdan yalnız kritik vacib infrastruktur müəssisələrinin işçiləri istifadə edə bilər.
16 aprelə qədər paytaxtda 20 mart tarixində tətbiq olunan məhdudiyyətlər qüvvədə qalacaq. İctimai iaşə müəssisələri yalnız çatdırma ilə işləyə bilər. Qida məhsulları mağazaları, aptek və zoomağazalar xaric satış məntəqələri və ticarət mərkəzlərinin fəaliyyəti qadağandır. İşləyən obyektlərdə 20 kvadratmetrdə birdən çox alıcı olmamalıdır. Əyləncə və kütləvi tədbirləri keçirilə bilən müəssisələr, hovuzlar, idman zalları, qeyri-ərzaq bazarları və yarmarkaları həmçinin bağlı qalacaq.
Oxunub: 378
Oxşar xəbərlər
- Ukraynada müharibə zamanı həlak olan mülki şəxslərin sayı açıqlanıb
- Ukraynada rəqibini ödürən keçmiş deputat 15 il müddətinə həbs edilib
- Ukraynada raket zərbələri nəticəsində azərbaycanlı ailə həlak olub
- Ukraynada müharibədə 338 uşaq ölüb
- Ukraynada saxlanılan rusiyalı hərbi əsirlərin sayı açıqlanıb
- Ukraynada beynəlxalq legionun bir neçə döyüşçüsü həlak olub
- Ukraynada Rusiyanın təcavüzünü dəstəkləyənlərin əmlakı müsadirə olunacaq
- Ukraynada nə baş verir?
- Ukraynada ağır yol qəzası zamanı ölənlərin sayı 27 nəfərə çatıb
- Ukraynada 14 yaşlı ağırlıqqaldıran həlak olub