Cəlilabadda avtomobildə heroin aşkarlandı
13:12 03 May 2021
Cəlilabadda şübhəli hərəkətlər edən sürücünün avtomobilindən külli miqdarda heroin aşkarlanıb
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Femida.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin Post-Patrul Xidməti Bölüyünün və Dövlət Yol Polisi Bölməsinin əməkdaşları şəhər ərazisində xidmətaparanzaman hərəkətdə olan “Hyundai Azera” markalı avtomobilin sürücüsünün şübhəli hərəkətlər etdiyini müəyyən ediblər.
Həmin avtomobilin sürücüsü və sərnişini polisin qanuni tələblərinə tabe olmayaraq ərazidən uzaqlaşmağa cəhd etsələr də saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. Polis əməkdaşları tərəfindən həmin avtomobilə keçirilən baxış zamanı saxlanc yerindən bir ədəd bükümdə külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülüb. Avtomobildə olan Sabirabad rayon sakinləri, əvvəllər məhkum olunmuşlar, sürücü E.Cəfərov və sərnişin E.Salmanovun üzərlərinə keçirilən baxış zamanı isə hər ikisindən heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır
Oxunub: 800
Oxşar xəbərlər
- Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var
- Cəlilabadda 30 yaşlı şəxs intihar edib
- Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var
- Cəlilabadda yanğın başlayıb
- Cəlilabadda 2 nəfər azyaşlıya hədə-qorxu gələrək pulunu əlindən alıb
- Cəlilabadda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Cəlilabadda avtomobillə vurulan piyada komaya düşüb
- Cəlilabadda qadının qətli ilə bağlı cinayət işi başlanılıb
- Cəlilabadda qonşusunu öldürmək istəyən şəxsin məhkəməsi başlayır
- Cəlilabadda qətl törədən şəxsin məhkəməsi başlayır