Bir neçə ölkənin bəzi əyalətlərindən quş ətinin idxalına məhdudiyyət qoyulub
18:55 25 May 2021
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.
AQTA-dan Femida.az-a verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Cənubi Afrika Respublikasının Şimali Keyp, Şərqi Keyp, Kvazulu-Natal, Limpopo əyalətlərində yüksək patogen quş qripi xəstəliyi, Rusiya Federasiyasının Nijeqorod vilayətində Nyukasl xəstəliyi, Rumıniya Respublikasının Curcu inzibati ərazi vahidində keçilərin artrit-ensefalit xəstəliyi qeydə alınıb. Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə, OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, Rumıniya Respublikasının Curcu inzibati ərazi vahidindən bütün növ diri xırdabuynuzlu heyvanların və onlara aid genetik materialların, Cənubi Afrika Respublikasının Şimali Keyp, Şərqi Keyp, Kvazulu-Natal, Limpopo əyalətlərindən və Rusiya Federasiyasının Nijeqorod vilayətindən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Rusiya Federasiyasından, Cənubi Afrika və Rumıniya respublikalarından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Oxunub: 357
Oxşar xəbərlər
- “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi tərəfindən maarifləndirici çarx çəkilib
- Hər şey ən xırda detalına qədər görünür. Neo QLED 8K haqqında bir neçə söz
- Şəhid və qazi övladlarına psixoloji dəstəklə bağlı tədbir keçirilib
- Ukrayna ordusunun daha bir azərbaycanlı hərbçisi həlak olub
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb
- Cinayət törədərək gizlənən 28 nəfər ötən bir ildə ölkəyə ekstradisiya edilib
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Bu gün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək
- Şəmkirdə avtomobil qəzası olub, bir ailənin 4 üzvü xəsarət alıb